Şəhid anasının məhkəməsi niyə ləngiyib?-SƏBƏB

Şəhid anasının məhkəməsi niyə ləngiyib?-SƏBƏB
Şəhid Mübariz Muradov
 
Bərdə rayon məhkəməsində hakim Əhməd Sarıyevin icraatı ilə şəhid anası Əsli Muradovaya qarşı Bərdə ƏSMM-nin direktoru R. Məmtiyevin verdiyi iddia ərizəsinə əsasən aparılan məhkəmə prosesi xeyli vaxt çəkdiyindən məsələylə bağlı sual yaranmışdı. 20 iyuldan bəri prosesin bu qədər uzanmasına səbəb varmı?

Hakim köməkçisi Elnur müəllim məhkəmənin ekspert rəyini gözlədiyini, həmin rəy əldə olunandan sonra məhkəmənin davam etdiriləcəyini bildirmişdi. Bu rəyin nə vaxt veriləcəyi barədə isə hər hansı bir tarixdən belə danışılmırdı. Şəhid anasının Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı məktubda gileyləndiyi məqamlardan biri də məhz məhkəmə prosesinin ləngiməsiylə bağlı olub.

Xatırladaq ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995- ci ilin 27 dekabrında ön cəbhədə- Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının Müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub-deyə şəhidin ailəsinə məlumat verilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər. 2008-ci ildən isə Bərdə ƏSMM-i statusu təsdiq etməkdən ötrü yenidən düşünməli olublar. Hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb ediblər. Bunu ala bilməyən ana şəhid təqaüdünün dayandırıldığını düşünüb. 2014- cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim elə. Və məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait, şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN-nin kapitalbank bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradovanın deyil başqalarının götürdüyünü müəyyən etsədə , sonda Bərdə ƏSMM-i məsələnin məhkəmədə araşdırılmasına qərar verib. Alınan pulların geri qaytarılmasıyla bağlı şəhid anası Əsli Muradovaya qarşı Bərdə məhkəməsinə iddia ərizəsiylə müraciət edib. 20 iyul 2007-ci ildə hakim Ə. Sarıyevin sədrliyilə keçən məhkəmə iclasında kifayət qədər şübhəli məqamların olduğunu bildirilərək Ə. Muradovanın imzalarının xətti ekspertizaya göndərilməsi qərara alınıb.
20 iyundan sonra məhkəmə prosesinin üzandığını görən Ə. Muradovanın nümayəndəsinə məhkəmədən ləngimənin ekspertizanın cavabının gözlənilməsiylə izah ediblər.

Miq.az müxbirinin Məhkəmə Ekspertiza Mərkəzindən aldığı cavaba görə ekspert rəyi bir ay ərzində hazırlanıb təqdim edilir. Bu barədə 15 sentyabr 2016-cı il tarixində Bərdə Rayon Məhkəməsindən ekspertiza mərkəzinə edilən müraciətə cavab hazırlanaraq 06 oktyabr 2016-cı il tarixdə ünvanına göndərilib.
Bərdə Rayon Məhkəməsindən ekspertizanın rəyinin artıq hazır olduğu təsdiqlənərək, ancaq hələ onlara gəlib çatmadığını bildiriblər. Ekspert rəyini alandan sonra yaxın günlərdə bu prosesin davam etdiriləcəyi deyilib.

Mövzunu diqqətdə saxlayacağıq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az