Şəmkirdə 30 hektar meyvə bağı susuzluqdan yanıb kül olub - VİDEO

Şəmkirdə 30 hektar meyvə bağı susuzluqdan yanıb kül olub - VİDEO


Şəmkirdə 30 hektar meyvə bağı susuzluqdan yanıb kül olub?

"Ölkədə meliorasiya işinin düzgün təşkil edilməməsi kənd təsərrüfatında uğursuzluğumuzun ən böyük səbəbidir. "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin işinin günün tələbinə uyğun təşkili həyata keçirilmədən, bu sahədəki pərakəndəlik və korrupsiya ortadan qaldırılmadan, vahid idarəçilik və cavabdehlik yaradılmadan kənd təsərrüfatında uğurlu nəticə əldə etmək mümkün olmayacaq”.

Miq.Az xəbər verir ki, belə bir açıqlama ilə ictimai fəal Şahin Nəcəfov çıxış edib. O, Şəmkir rayonunda bitkilərin, meyvə bağlarının susuzluqdan yanıb kül olduğunu nümayiş etdirən video görüntü də paylaşıb. Videoda şəmkirli fermer Şakir Yunusovun 30 hektara yaxın alma, gavalı, zogal, armud, üzüm baglarında susuzluğun yaratdığı fəsadlar əks etdirilib: "17 il ömür verib yaratdıgın bir bagın gözünün önündə məhv olması ayrı bir dərddir . Ortalama hesabla bu baglardan bu il ən azı 450-500 ton meyvə toplanmalıydı. Hamısı məhv olub getdi. Amma bir nəfər də olsun yetkili şəxs, dövlət qurumu maraqlanmadı. Zatən bizim məmurlar dirinin yiyəsidir, batanla işləri olmaz.

Sahibkarın öz hesabına vurdurdugu artezian quyusu bu ilin əvvəlindən xarab olub. Sahibkarın döymədiyi qapı qalmır, xahiş edir, yalvarır, minnətçi düşür ki, öz hesabına artezian quyusunun bərpa olunması ücün lazımı texnika versinlər. Deyirlər texnikamız yoxdur, adınızı gələn ilin növbəsinə yazırıq. Nə yazıq ki, gələn ili gözləməyə taqəti qalmayan meyvə agacları bu il meyvə yox, can verdi. Bu il baglarda 500 ton meyvə batdı getdi. 
Meyvənin bazarda baha olmagından şikayət edən Baş nazirin müavini Əli Əhmədov bazarla yanaşı, əkin sahələrini gəzseydi problemin onun da daxil oldugı hökumətdən qaynaqlandıgını bəlkə də ürək agrısı ilə izləyərdi”.

 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az