Donbas hövzəsində terrorçular və Rusiya qoşunları hücuma hazırlaşırlar.
Vətəninfo.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurası separatçıların və Rusiya qoşunlarının hərbi bölmələrinin hücum hazırlığını qeydə alıb. A.Lısenko həmçinin qeyd edib ki, son günlərdə Ukrayna antiterror güclərinin mövqelərinə qarşı tərəfdən açılan atəşin sayı azalıb. A.Lısenko güman edib ki, bu Ukraynanın şərq regionlarındakı güclü dumanla bağlı ola bilər.
Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmiliyin” sammitində isə Rusiya prezidenti Vladimir Putin Kanadanın baş naziri Stiven Xarper ilə görüşdə Rusiya qoşunlarının Ukrayna ərazisində olmadığını bildirib. Kanada baş nazirinin “Rusiya qoşunları Ukraynanı tərk etməlidir” tələbinə Putin “Rusiya qoşunlarının Ukraynadan çıxarılması mümkün deyil. Biz orada deyilik” deyib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib