“Sərkisyandan fərqiniz yoxdur” - Paşinyan komandasında istefalar başladı

“Sərkisyandan fərqiniz yoxdur” - Paşinyan komandasında istefalar başladı
Ermənistanın ekologiya nazirinin müavini Ayser Kazaryan istefa verib.

Teleqraf.com xəbər verir ki, o bu barədə özünün Feysbuk səhifəsində yazıb.
Kazaryan Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib və keçmiş Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini bildirib:
"İstefa məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin "ədalət prinsipləri” isə qalır, bunu rədd edirəm”.
O, istefa məktubunu birbaşa Baş nazir Nikol Paşinyana təqdim edib.
Qeyd edək ki, Ayser Kazaryan keçən ilin iyunun 21-də bu posta təyin edilmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az