Sərkisyanın Azərbaycandan başqa heç harda evi yoxdur?..-Fərasətsiz imiş...

Sərkisyanın Azərbaycandan başqa  heç harda evi yoxdur?..-Fərasətsiz imiş...

Maşallah, bizim oliqarxların nəinki ölkənin, dünyanın, hər guşəsində, deyilənə görə, Ermənistanda da villaları var... 

Ermənistanın terrorçu eks-prezidenti prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ deyilən ərazisindən başqa  guya heç bir yerdə daşınmaz əmlakı, yəni evi, villası yox imiş. 

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu barədə Ermənistanın üçüncü prezidentinin ofisindən məlumat verilib. 
Açıqlamada deyilir: "Prokurorluq cəmiyyətdə daha çox  terror qrupu olaraq tanınan "Sasna Tsrer”in uydurmasına əsaslanaraq həvəslə istintaqa başlayıb. Bu istintaqın nəticəsi deyilən uydurmaya ən yaxşı cavab olacaqdır. Əlavə edək ki, Serj Sarkisyanın Artsaxdan başqa heç bir yerdə daşınmaz əmlakı yoxdur”.

Xatırladaq ki, Qarabağ münaqişəsinin qızışdırılmasında "KQB” fiquru kimi böyük rolu olmuş, dəfələrlə fəxrlə Xocalı soyqırımında iştirakını vurğulayan terrorçu Serjik Sərkisyan Azərbaycanın Xankəndi şəhərində doğulub. Onun ata-anası ölənədək buradakı evində yaşayıb... 

P.S. Deyəsən, Serjikin prezident kimi fərasəti olmayıb. Maşallah, bizim 25 ildən ildən çoxdur ölkəni talayan korrupsioner oliqarxların nəinki ölkənin, dünyanın, az qala, hər guşəsində villaları var. Deyilənə görə,  Qarabağda, hətta Ermənistanda da var...

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az