“Sərtləşdirmə vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə edilir” — Deputat cərimələrin artırılmasından DANIŞDI

“Sərtləşdirmə vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə edilir” — Deputat cərimələrin artırılmasından DANIŞDI
Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu, əslində yolda sürət həddini aşmaqdan daha çox içkili vəziyyətdə, narkotikin təsiri altında qəza törədən şəxslərə aid görülən tədbirlərdir. 

Onun sözlərinə görə, hüquqi şəxslər də bu istiqamətdə işə götürdükləri adamların daha məsuliyyətli davranış sərgiləyəcəyini diqqətdə saxlamalıdırlar:

"Çünki cərimələr bu kateqoriyadan olan insanlar üçün nəzərdə tutulur. 

Eyni zamanda birtərəfli yolun əksi istiqamətində hərəkət etməyin bir xuliqanlıq motivi olaraq cəzanın buna yönəlik sərtləşdirilməsi də nəzərdə tutulur. Sadəcə burada tıxac vəziyyətində məcburi dönüş edən, yaxud da hansısa bir şəkildə vəziyyətdən çıxmağa çalışan sürücülərin də durumu nəzərə alınmalıdır. 

Qanunvericilikdə hansısa formada qeyd olunmalıdır. Çünki bu halda cərimələrin olunması ədalətli görünmür. Yəni, sərtləşdirmə bilavasitə digər vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə edilir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az