Səudiyyə Ərəbistanında 3 alim edam olunacaq - Həmasdan açıqlama

Səudiyyə Ərəbistanında 3 alim edam olunacaq - Həmasdan açıqlama
Ramazan ayının sonunda Səudiyyə Ərəbistanı 3 din alimi edam olunacaq.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Həmas Siyasi Bürosunun üzvü Musa Əbu Merzuk deyib.
Tvitter hesabında 2 Səudiyyə rəsmisinə istinad edən Əbu Merzuk qeyd edib ki, 2017-ci ildə həbs edilən islam alimi Salman əl-Avde, Xətib Avdə əl-Karni və dini televiziya proqramının aparıcısı Əli əl-Ömər Ramazan ayından sonra edam olunacaq.
Qeyd edək ki, Salman el-Avdə 2017-ci ildə həbs edilib, məhkəmə ona terror təşkilatına liderlik etmək, Qətərə qarşı tətbiq edilən sanksiyaları pozmaq, Müsəlman Qardaşları Təşkilatı ilə əlaqə qurmaq, hökumətin uğurlarını kinayə etmək, Qətərin kral ailəsi ilə əlaqədə olmaq da daxil olmaqla 37 məsələdə ittiham elan edib.
Səudiyyə Ərəbistanında ötən ay "terror təşkilatı qurmaq və düşmənlə əməkdaşlıq etmək” ittihamı ilı 37 nəfər edam olunub.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az