Sevindik Hətəmov soyadını dəyişdirdi - SEVİNDİK SƏFƏROV

Sevindik Hətəmov soyadını dəyişdirdi - SEVİNDİK SƏFƏROV
Son 20 ildə ikinci dəfədir ki, icra başçısını rayon əhalisi gül-çiçəklə yola salır. Əgər birinci dəfə bu etimadı Astara rayonunun icra başçısı İbrahim Quliyevə yeddi illik xidmətinə görə göstərmişdilərsə, bu dəfə Yardımlı camaatı daha az müddət rayona rəhbərlik etmiş Sevindik Hətəmova belə xoşbəxtliyi nəsib etdi. Maraqlı məqam həm də odur ki, gül-çiçəyə görə "güllələnmiş” icra başçısının yerinə təyinat almaqla. Əslində Sevindik Hətəmovun bir rayondan digərinə transferi iqtidarın son illər həyata keçirdiyi kadr islahatlarının bir çalarıdır – Əlinin papağını Vəlinin başına qoymaq bir dəb. Orasıyla işimiz yox ki, elə icra başçısı var ki, beşinci dəfə yerdəyişmə sərəncamıyla şərəfləndirilib, baxmayaraq ki, heç birində qədərincə xidmətləri olmayıb. Əlqərəz...(MİQ Analitik İnformasiya Qrupunun hazırladığı "Cəhənnəm”ə xoş gəldiniz, Sevindik Hətəmov! adlı məqalədən bir parça)

Keçdik Salyana.

Salyan ölkənin ən iri rayonlarından biri olmaqla yanaşı, həm də məlum illərə qədər, yəni ölkədə regionçuluq və qruplaşma dövrünəcən, ölkənin siyasi, iqtisadi, hərbi, ictimai və eləcə də mənəvi-ruhi, ədəbiyyat, mədəniyyət, incəsənət  cəbbəxanasında kifayət qədər kadr potensiyalıyla ilk sırada olmuşdur. Tayfabazlıq və regionçuluq tətbiqindən sonrakı dönəmi ən gözəl ifadə edən aforizm də var: "Daydayısı olmayan naxçıvanlı elə salyanlı kimi bir şeydir”. Əlqərəz deyək bir daha və keçək mətləbə.

"Cəhənnəm”ə xoş gəldiniz, Sevindik Hətəmov!

Miq.az-da bir müddət bundan əvvəl gedən Sevindik Hətəmova ""cəhənnəm”ə xoş gəldiniz” deyərkən bunu nəzərdə tuturdu Kİ.... Hətəmovun Yardımlıda qazandığı imici qorumaq üçün bəzi şeyləri bilməsi lazım... Miq.az Yardımlı camaatının etimadına və bu rayondan olan bəzi tanınmış jurnalistlərin başçı haqqında yaratdıqları rəyə inanmışdı və yanlış etmədiklərindən əmin idi...Xatırlatmışdıq ki, Yardımlını idarə etmək daha çox çətindi – hərəsi bir dərədən bir dağa arxalanan insanlardı. Salyan kimi düzəngah deyil ki, əlini gözünə günlük edib hər tərəfi görəsən. Hərçənd Salyan bütövlükdə əl içində olsa da, hər tərəfdən görünən bu rayon həm də heç görünmür! Görüntü o qədər "şəffaf”dı ki, gərək teleskopla baxasan. Dağ adamlarına arxalanıb dağı dağlarda dağ üstə qoyan Sevindik Hətəmov üçün düzəngahda düzən yaratmaq həyatının ən çətin mərhələsi olacaq, zənnindəyik! Çünki kimi dindirsən, hamı iqtidarı dəstəkləyir, amma və ancaq bu aysberqin bir üzündəndir. Salyan razıların və narazıların şahmat taxtasında üz-üzə duran oyunçularından ibarətdir. Amma bu oyun uzun illərdir oynanılsa da, hələ ki, ortamda olan nəticə iqtidarın xeyrinə deyil...

Bir azca diqqət və səbr həm salyanlılara lazımdı, həm də Sevindik Hətəmova. Amma səbr olunmadı...Çünki...

Sevindik Hətəmovdan AZƏRBAYCAN BAYRAĞINA hörmətsizlik

Bu yaxınlarda Salyan rayonuna icra başçısı təyin olunmuş Sevindik Hətəmov prezidentin fərmanının mürəkkəbi qurumamış bayrağımıza hörmətsizliyi ilə gündəmə gəldi. Bəlkə də Sevindik müəllim Salyanın mərkəzindən tərsinə asılmış bu bayrağı Qaradağda daş karxanasındakı motoru tökülmüş hansısa KAMaz maşınından sallanmış mazutlu əski parçası zənn edir...Amma və lakin...
Azərbaycanda Dövlət bayrağına sayğısızlıq icra başçısı səviyyəsində olanda amma və lakinlər adamın beynini parçalayır. Salyan rayonun duz ortasında rast gəlinən bu fakt,  bayrağımızın tərsinə asılması kimin və nəyin marağına xidmət edir, bax bu sual da elə Sevindik Hətəmova ünvanlanır.  Beləki rayonun mərkəzi küçələrinin birində asılmış tərsinə dalğalanan Dövlət bayrağının FOTOSU...diqqətlə baxın:

Millətin ruhu o bayraqdir!! Millətin qeyrəti o bayraqdir! Bayraq dövlətimizin səmasında dalğalanan şəhidlərin ruhudur...

Konstitusiyaya görə hörmət olunası üç atributdan biri də məhz bayraqdır! Yenə də amma və lakin... bunu uzatmaq da olar...amma görünür bu gün Salyanın düz ortasında tərsinə dalğalanan bayrağın Sevindik Hətəmova aidiyyatı yoxdur...Yeri gəlmişkən...

Sevindik Hətəmov soyadını niyə dəyişdirdi?

Dünən MİQ Analitik İnformasiya Qrupunun Salyanla bağlı hazırladığı yazıda dəqiqləşdirilməmiş bir xəbərə görə Sevindik Hətəmovun özü ilə əlaqə saxlayıb. Telefonumuza cavab verməyən həmin nömrədən 20 dəqiqə sonra zəng gəldi...və qarşı tərəfin zəngiylə bahəm dediyi ifadə türkiyəlilər demiş bizi əməlli başlı ŞAŞIRTDI: "Danışan Sevindik Hətəmov yox, Sevindik Səfərovdur. Mənim Salyana nə aidiyyatım var"...
Düzdür, nömrəni əməkdaşlarımız yanlış da yığa bilər...Telefonda bizimlə danışan Sevindik Səfərov da ola bilər, Hətəmov da...Amma yığılan nömrə bəlli, Sevindik müəllimin də telefon nömrəsi bəlli. 

O ki qaldı Sevindik müəllimin telefon "zarafat"ına, növbəti yazımizda buna aydinlıq gətirəcəyimiz isə dünəndən bəlli...Hətta Sevindik müəllimin o mobil telefon nömrəsindən imtina etməsi bahasına başa gəlsə də...

MİQ Analitik İnformasiya Qrupu




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az