Cəbhədə erməni kəşfiyyatçı məhv edildi – Çingizin nəşini almaq üçün şans?
Hərbi mənbələrdən verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən mövqelərindən birində erməni kəşfiyyatçı zərərsizləşdirlib.
Miq.az xəbər verir ki, məlumatı "1news.az"a hərbi mənbələrdən veriblər. Məlumatda qeyd olunur ki, hadisə yanvarın 17-də gecə baş verib. Verilən məlumata görə, hadisə yanvarın 17-də gecə baş verib.
Belə ki, erməni kəşfiyyatçı gecə görmə qurğusu ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müşahidə edirmiş. Həmin an kəşfiyyatçı müəyyən edilərək məhv edilib.
Hadisədən iki gün keçməsinə baxmayaraq, erməni tərəfi ictimaiyyətdən əsgərin ölümünü ciddi səylə gizlədir.
Azərbaycan 24 isə xəbər verir ki, təfərrüatlar açıqlanmasa da erməni hərbçinin meyitinin Azərbaycanın əlində olması və Çingizin nəşi qarşılığında dəyişdiriləcəyi də istisna edilmir.
Miq.Az