İrəvanda böyük həyəcan-Erməni ordusunun böyük arzusu puç oldu
İrəvanın aprel gözləntisi gözündə qaldı
Belarus prezidenti Aleksandr Lukaşenkonun öz ölkəsinin nümayəndələrini Avrasiya İqtisadi İttifaqı orqanlarından geri çağırması İrəvanda böyük həyəcan doğurub.
Ermənistanın populyar analitika portalı «Lragir» məsələyə xüsusi məqalə həsr edərək bunun Ermənistan ordusunun böyük arzusuna mane olacağını bildirib. Məsələ bundadır ki, apreldə aprel ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti olmalıdır və sammitdə Ermənistan nümayəndəsi KTMT-nin başına gətirilməlidir.
Ermənilər KTMT-nin başına gəlməklə 1992-ci ildə törətdikləri Xocalı faciəsi zamanı, həmçinin birinci Qarabağ müharibəsində olduğu kimi Rusiya hərbi qüvvələrindən Azərbaycana qarşı istifadə etmək istəyirlər. Xocalı soyqırım zamanı Ermənistanın bundan əvvəlki müdafiə naziri Seyran Ohanyanın vasitəçiliyi ilə Xankəndidə yerləşən 366-cı Rusiya hərbi bazasının silahlı qüvvəsi və hərbi texnikası mülki azərbaycanlı əhalinin qətlə yetirilməsi üçün istifadə edilmişdi.
Lukaşenko öz ölkəsinin nümayəndələrini Avrasiya İqtisadi İttifaqı orqanlarından geri çağırmasını aşağıdakı kimi izah edib: «Mən Avrasiya İttifaqının Gömrük Məcəlləsinə qol çəkməmişəm. Çünki orda olan çox şey lazım olan kimi işləmir».
Bu isə erməniləri çox həyəcanlandırıb. «Əgər Lukaşenko Putin ilə məsələləri həll edə bilmirsə, mümkündür ki, aprel sammitidə olmayacaq. Onda Avrasiya İttifaqının Gömrük Məcəlləsi, KTMT-nin də baş katibi olmayacaq»,- deyə «Lragir» həyəcanla məqaləsində vurğulayır.
Ümumiyyətlə, «Lragir» Ermənistanda Amerika yönümlü, Rusiyaya düşmən portal kimi tanınır. Amma göründüyü kimi onların qərbpərəstliyi yalnız gözdən pərdə asmaq üçündür. Əslində isə Rusiyanın yardımı ilə məkrli arzularını həyata keçirməkdən başqa istəkləri yoxdur. Bu istək isə həmişə onları 1915-ci ildə baş vermiş faciəli hadisələrlə üz-üzə qoyur. İnşallah, Azərbaycanla bağlı istəkləri də bu cür nəticələnəcək./İstiPress/
Miq.Az