Şeyxülislam Beynəlxalq Dialoq Mərkəzində Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edib

Şeyxülislam Beynəlxalq Dialoq Mərkəzində Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edib

Portuqaliyaya səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə noyabrın 27-də Lissabonda KAICIID Beynəlxalq Dialoq Mərkəzində Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edib. 
         
İlk növbədə, Beynəlxalq Mərkəzin Direktorlar Şurası sədrinin müavinlərinin seçkiləri keçirilib. 9 nəfərlik Direktorlar Şurasının üzvü olaraq Şeyxülislam A.Paşazadənin namizədliklərini irəli sürdüyü Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel Adamakis və İraq təmsilçisi Əbdülvahab Əhməd Həsən Əl-Samariyyə sədr müavinləri olaraq təsdiqləniblər.
         
Daha sonra Şeyxülislam A.Paşazadə Mərkəzin fəaliyyətinə dair cari və perspektiv məsələlərin müzakirələrində iştirak edib. Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini iclas iştirakçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID-in cari və qarşıda nəzərdə tutulan layihələrinə dair təkliflərini bildirib. Beynəlxalq Mərkəzin büdcəsi və maliyyə məsələlərinə dair qərarlar qəbul edilib, habelə Mərkəz xəttilə keçiriləcək beynəlxalq tədbirlər barədə konstruktiv qərarlar qəbul edilib.
        
 KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından biridir. 
        


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az