“Şeyxülislamın Allahşükür Paşazadənin böyük nufuzu var, ölkədə dini radikallığın qarşısını alır”- Fazil Mustafa

“Şeyxülislamın Allahşükür Paşazadənin böyük nufuzu var, ölkədə dini radikallığın qarşısını alır”- Fazil Mustafa
"Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dinin hədsiz məzhəbləşməsinin və radikallaşmasının qarşısında əsas maneələrdən biridir”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a müsahibəsində deyib.

"Bu yaxınlarda Allahşükür Paşazadə ilə birlikdə Özbəkistan səfərində olduq və görünən odur ki, onun kifayət qədər nüfuzu var. Kifayət qədər də işlər görür. O, ölkəmizdə dinin hədsiz məzhəbləşməsinin və radikallaşmasının qarşısında əsas maneələrdən biridir. Onun çevrəsində ayrıca Xristian, Yəhudi Məşvərət Şurasının yaradılması, müəyyən hadisələrə müdaxilə etməsi dini radikalizmin qarşısını alır”-deyə deputat vurğulayıb.

F.Mustafa deyib ki, QMİ sədrinin fəaliyyəti və nüfuzu bir növ bəzi təhlükələrin qarşısını alır: "Qafqazla bizim əlaqələrimizin qalmasının da əsas səbəbi Şeyxdir. Bəzi məsələləri siyasətlə həll etmək olmur, o zaman bu cür insanların olması önəmlidir”.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanlar İdarəsi böyük bir icmadır və qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçib: "Bu qurumun qalıb-qalmaması icmanın üzvlərinin qərarından aslıdır. Bizim bu haqda nəsə deməyimiz doğru deyil”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az