Qalmaqallı “Müsahibə” filmi internetdə 15 milyon dollar qazanıb.
Sony Pictures kinokompaniyasının məlumatına görə YouTube, Microsoft Xbox video və Google Play servislərində ödənişli tranzaksiyaların sayı 2 milyonu keçib.
Vətəninfo.az xəbər verir ki, bir çox kino tənqidçiləri “Müsahibə” bədii filminə primitiv yumor və uydurma süjet xəttinə işarə edərək mənfi rəy bildirmişdilər. Onların fikrincə, əgər film ətrafında beynəlxalq qalmaqal başlamasaydı, “Müsahibə” çətin ki, auditoriyanın marağına səbəb olacaqdı.
Film ətrafında qalmaqal noyabrın sonunda naməlum xakerlərin Sony Pictures studiyasının internet bazasına hücumu və “Müsahibə” filminin nümayişi zamanı kinoteatrlarda terror aktları törədiləcəyi barədə hədələrdən sonra qızışmışdı. Amerika hökuməti bu hədələrin arxasında Şimali Koreyanın durduğunu iddia etsə də, rəsmi Pxenyan öz ünvanına səsləndirilən bütün ittihamları təkzib edir.
Filmin süjet xəttinə əsasən aktyorlar Ceyms Franko və Set Rogenin canlandırdığı iki amerikalı jurnalist Kim Çen Indan müsahibə almaq üçün Şimali Koreyaya göndərilir. Lakin jurnalistləri ələ alan Mərkəzi Kəşfiyyat İdarəsi onları KXDR-in liderinə hazırlanan sui-qəsddə iştirak etməyi tapşırır.
Qeyd edək ki, Sony Pictures kinokompaniyası əvvəlcə filmin premyerasından imtina etdiyini bildirsə də, sonradan siyasətçilərin təzyiqləri nəticəsində filmi ekranlara çıxarmağa qərar verib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib