Şirvanda mənzilə basqın

Şirvanda mənzilə basqın

Şirvan şəhərində quldurluq hadisəsi baş verib.

Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, hadisə gecə saat 4.00 radələrində şəhərin Rəsulzadə küçəsi, 17, mənzil 105 ünvanında qeydə alınıb. Şirvan sakinləri Ülvi Quliyev və Süleyman Əhmədov 1960-cı il təvəllüdlü şəhər sakini Həsənov Elşən Məmməd oğlunun evinə daxil olaraq ona ağır bədən xəsarətləri yetiriblər.

Hadisə şahidi olan qonşular dərhal bu barədə polisə məlumat veriblər. Ü. Quliyev və S. Əhmədov hadisə yerində saxlanılıb. Məlumata görə, polis hadisə yerinə tez gəldiyi üçün onların E. Həsənovu öldürmək niyyətləri baş tutmayıb. E.Həsənov ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

E. Həsənovun qızıl alveri ilə məşğul olduğu, oğruların evdən qızıl-zinət əşyaları oğurlamaq niyyətində olduqları açıqlanıb.

Hər iki şəxs istintaq cəlb edilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az