Siyahıda azərbacanlılar da var...

Siyahıda azərbacanlılar da var...

“Forbes” jurnalının Rusiya versiyası ölkənin ən zəngin iş adamının illik siyahısını dərc edib. Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, jurnalın 2014-cü il üzrə tərtib etdiyi “ən zəngin 200 Rusiya biznemseni” siyahısında azərbaycanlılar da var

Vahid Ələkbərov – 13,6 milyard dollar

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 2014-cü ildə Rusiyanın ən zəngin 7-ci biznesmenidir. “Forbes” jurnalı onun kapitalının 2014-cü ildə 13,6 milyard dollar təşkil etdiyini yazıb. 2013-cü illə müqayisədə sərvəti 1,2 milyard dollar azalan 64 yaşlı Azərbaycan mənşəli iş adamı buna görə 5-ci pillədən 7-ci pilləyə qədər geriləyib.

Qod Nisanov – 3,6 milyard dollar
“Miyev meydanı” ticarət mərkəzinin sahibi olan Qod Nisanov 2-14-cü ildə sərvətini 600 milyon dollar artıraraq Rusiya zənginlərinin reytinq cədvəlində 5 pillə irəliləyib. Əslən Qubanın Qırmızı qəsəbəsindən olan 48 yaşlı Nisanov növbəti illərdə kapitalını daha da artırmağa iddialıdır.

Zarah İliyev – 3,6 milyard dollar
Qod Nisanov kimi Qubanın Qırmızı qəsəbəsində anadan olmuş Zarah İliyev həm də onunla iş ortağıdır. 42 yaşlı İliyev 2013-cü illə müqayisədə 6 pillə irəliləyərək ən zəngin 200 Rusiya biznesmeni arasında 31-ci yeri tutur.

Araz Ağalarov – 1,8 milyard dollar

“Korikus Qrup” holdinqinin sahibi olan Araz Ağalrov isə 2014-cü ildə 200 zəngin arasındakı mövqeyini dəyişməz saxlaya bilib. Qərbin sanksiyalarına görə maliyyə itkilərinə uğrayan 59 yaşlı iş adamı buna baxmayaraq uğurlu yatırımlar etməyi bacarır.   

 Fərhad Əhmədov – 1,4 milyard dollar

“Forbes” siyahısında yer alan daha bir azərbaycanlı Fərhad Əhmədov isə ən zənginlər siyahısnda 1 pillə irəliləyərək 69-cu yerdə qərarlaşıb. 59 yaşlı biznesmen yaxın illərdə yeni sənaye sahələrində yatırım etməyi planlaşdırır.

Telman İsmayılov – 750 milyon dollar

Mətbuatda adı tez-tez hallanan Azərbaycan əsilli biznesmen Telman İsmayılovun kapitalı isə ötən illərə görə xeyli azalıb. Bu 58 yaşlı iş adamının Rusiyadakı iş fəaliyyətinin azalmasıl ilə bağlı ola bilər. Siyahıda 137-cidir.

İlham Rəhimov – 500 milyon dollar

Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı tələbə yoldaşı İlham Rəhimov  200 ən zəngin Rusiya biznesmeninin siyahısında 187-ci yerdədir. “Forbes” jurnalı onun biznes fəaliyyəti barədə məlumat verməsə də, 63 yaşlı Rəhimovun yarım milyard sərvətinin olduğu bildirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az