Siyasi partiya lideri yenidən deputatlığa namizəd oldu

Siyasi partiya lideri yenidən deputatlığa namizəd oldu

"Növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürmüşəm”.

"Miq.Az" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Asim Mollazadə bildirib. O seçkilərdə partiyanın təşəbbüsü ilə iştirak etdiyini də vurğulayıb:

"Həmişəki qaydada namizədliyimi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürəcəm. Seçkilərdə iştirakım Azərbaycan Demokratik İslahatlar Partiyasının təsəbbüsü ilə oldu”.

Qeyd edək ki, Asim Mollazadə ilk dəfə 2000-ci ildə deputat seçilib. O 2005-ci ilin iyul ayından Demokratik İslahatlar Partiyasının sədri kimi fəaliyyət göstərir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az