İŞİD terror təşkilatı son 6 ayda təkcə Suriyada 1878 nəfəri edam edib.
Vətəninfo.az xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə İŞİD bundan başqa özünün cihadı tərk etmək istəyən 120 əcnəbi döyüşçüsünü də qətlə yetirib.
Müşahidə qrupunun rəhbəri Rami Abdurrahman "Reuters" agentliyinə bildirib ki, edam olunanlardan 8-i qadın, dördü isə uşaqlardır.
O habelə bildirib ki, edam olunanların 930 nəfəri neft mədənlərinə görə İŞİD-ə qarşı döyüşən Şeytaat tayfasının üzvləridirlər.
Edam cəzasına məhkum edilənlərin əksəriyyəti nikahdan kənar cinsi münasibətlərdə, homoseksuallıq, oğurluq və küfrdə ittiham olunanlardır.
Suriya münaqişəsinin bütün tərəflərindən informasiya toplayan Abdurrahman bildirib ki, İŞİD həmçinin prezident Əsəd üçün döyüşən 502 əsgəri və anti-Əsəd düşərgəsindən 81 nəfəri edam edib. O həmçnin xəbər verib ki, peşman olaraq geri qayıtmaq istəyən əcnəbi cihadçılar bir qayda olaraq Al-Zor, Raqqa və Hassake şəhərlərində edam olunublar.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib