SON DƏQİQƏ: Abutalıbov məhkəməyə verildi

SON DƏQİQƏ: Abutalıbov məhkəməyə verildi
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovu məhkəməyə verməyə hazırlaşır. 

Bununla bağlı Bakupost.az -a Əbdül Mahmudbəyov özü bildirib. 

O, Hacıbala Abutalıbovun məhkəmə qətnamələrini icra etmədiyi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını vurğulayıb:  aptek depo

"Hacıbala Abutalıbov əvvəl vəzifədə idi, bundan sui-istifadə edib məhkəmə qətnamələrini icra etmirdi. İndi vəzifədə deyil, ya mənim mənzilimi versin, ya da həbs edilsin. Mətbuat üçün böyük bir müraciət hazırlayıram, ardıyca isə vəkilim məhkəməyə müraciət edəcək”. 

Qeyd edək ki, "Qış Parkı”nın tikintisi zamanə Əbdül Mahmudbəyovun evinə ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov evi təmir etdirməli və ya dəymiş ziyanı ödəməlidir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az