SON DƏQİQƏ: Füzulidə minaya düşən şəxs vəfat etdi

SON DƏQİQƏ: Füzulidə minaya düşən şəxs vəfat etdi

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

Baş Prokurorluqdan Publika.az-a bildirilib ki, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat etmişdir.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirili

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az