SON DƏQİQƏ: Sərhəddə iclas keçiriləcək - Razılaşma əldə olundu

SON DƏQİQƏ: Sərhəddə iclas keçiriləcək - Razılaşma əldə olundu
Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.

"Caliber.az”a diplomatik mənbələrdən daxil olan məlumata görə, iclas noyabrın 29-u və 30-da baş tutacaq.

Müvafiq razılaşmaları hər iki tərəf təsdiqləyib.

Qeyd edək ki, iki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özləri həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir.

Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az