Son dəqiqə: Türk sülhməramlıları Qarabağa gəlir – Ərdoğanın kabineti toplanır

Son dəqiqə: Türk sülhməramlıları Qarabağa gəlir – Ərdoğanın kabineti toplanır

Türkiyə Prezidentinin Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə toplanacaq.

Miq.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, kabinetin iclasında koronavirusla bağlı son vəziyyət və gündəmdə olan digər məsələlər müzakirə olunacaq.

Kabinet iclasının əsas mövzularından biri Dağlıq Qarabağda atəşkəs prosesi olacaq. Rusiya nümayəndə heyəti ilə Ankaradakı danışıqlar kabinet iclasında müzakirə ediləcək. Bölgəyə göndəriləcək Türk sülhməramlıları ilə bağlı son vəziyyət qiymətləndiriləcək.

Kabinetin iclasında Aralıq dənizinin şərqindəki proseslər, terrorizmlə mübarizə və turizmdəki 2021-ci il hədəfləri də müzakirə ediləcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az