Beynəlxalq humanitar birlik bütün dünyanı bürümüş münaqişələr ucbatından öz ölkələrini tərk etməyə məcbur olan qaçqınların sayının hədsiz artmasının öhdəsindən gələ bilmir.
Vətəninfo.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Qaçqınlar məsələsi üzrə ali komissarı Antoni Quterreş bildirib.
Onun fikrincə, artıq humanitar birliyin öz imkanlarının son həddinə çatdığını etiraf etmək lazımdı. "Maliyyə vəsaitləri çatışmır, vəziyyətə uyğun hərəkət etmək imkanları tükənib. Yaxın vaxtlarda humanitar təşkilatlar zərərçəkmişlərə hətta minimum kömək də göstərə bilməyəcəklər", Quterreş deyib.
O qeyd edib ki, görünür, dünyada münaqişələrin qarşısını almaq, habelə onları həll etmək imkanı itirilib. "Dünyanın istənilən yerində hər kəs münaqişə törədə bilər və bu münaqişələrin sonu görünmür. Bəzi siyasi liderlər inanırlar ki, onlar münaqişəyə başlaya bilərlər, çünki sonradan humanitar təşkilatlar gəlib qayda yaradacaqlar. Biz daha bunu edə bilmərik”, komissar vurğulayıb.
BMT-nin məlumatına görə 2011-ci ildə dünyada 14 minə yaxın qaçqın vardı, 2012-ci ildə bu rəqəm artaraq 23 minə, keçən il təxminən 32 minə çatıb. Quterreşin sözlərinə görə 2014-cü ildə qaçqınların sayı xeyli arta bilər. Suriya, İraq, Liviya, Yəmən, Cənubi Sudan və Mərkəzi Afrika Respublikası kimi ölkələrdəki münaqişələr daha çox problemlər yaradır.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib