Süleyman Mikayılov : “Nə vaxtdan icra başçısı adam öldürən olub”

Süleyman Mikayılov : “Nə vaxtdan icra başçısı adam öldürən olub”

Bu gün Qaradağ Rayon İçra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu,Qaradağ Rayonu rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə mətbuat nümayəndələrinin görüşünü təşkil etdi. “Vətəninfo.az”ın məlumatına görə, görüşdə gündəlik nəşr olunan mətbuat orqanlarının baş redaktorları iştirak ediblər. İlkin olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək media mənsubları ilə görüşün təşkili və mətbuatla münasibətlərin qurulması istiqamətində atılan addımlarla bağlı fikirlərini bildirib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə çıxışında qeyd edib ki, artıq 3 ilə yaxın bir zamanda yaradılan fond vasistəsi ilə bir sıra layhələr həyata keçirilib ki, bunların içərisində yerli icra hakimiyyətləri ilə mətbuat arasında əlaqələrin inkişafı da var. O, buna missal olaraq bir sıra rayon İH-ləri ilə birgə həyata keçirilmiş layhələri missal göstərib. V.Səfərli Qaradağ RİH-lə birlikdə təşkil olunan görüşü də həyata keçirilən layhənin tərkib hissəsi olaraq qeyd edib. Sonra görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib və Azərbaycanda mətbuat-məmur münasibətləri, söz və mətbuat azadlığı, yaradılan qanuni imkanlar haqqında fikirlərini bildirib. Görüşdə rayon ictimayyətinin nümayəndələrinin sualları da cavablandırılıb. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov mətbuatda Qaradağ rayonu və onun haqqında yazılan bəzi məlumatlara iradlarını da bildirib : “Azərbaycanda milli mətbuatın inkişafına dövlət tərəfindən böyük dəstək verilməkdədir.Təəssüflər olsun bəzi mətbuat orqanları yaydıqları məlumatların həqiqətə uyğunluğunu və araşdırılmasını həyata keçirmirlər. Misal üçün durub yazırlar ki, Qaradağın icra başçısı filan daş karxanasına gedərək orda sahibkarlardan birinin gözü qarşısında işcilərdən birini götürüb daşkəsən maşının altına atıb və iş adamına deyib ki, səni də onugününə salaram. Buna bənzər məlumatlar kifayyət qədərdi.Axı harda görünüb ki, icra başçısı gedib daş karxanasında kimisə öldürsün və cinayət törədsin. Mən axı bunu etməyə-etməyə necə mənim haqqımda bu kimi yalan məlumatlar yazıla bilər”. S.Mikayılov bütün bunlara baxmayaraq, rayonun rəhbəri olaraq daima mətbuatla əlaqələrin qurulmasının tərəfdarı olduğunu bildirib.Tədbirdə KİVDF-nun sədri əlavə edibki, Qaradağ rayonunun sosial-iqtisadi inkişafı və həyata keçirilən işlərin işiqlandırılması ilə bağlı mətbuat nümayəndələri arasında yazı müsabiqəsi elan edəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az