Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, "sosial təminatdan kəsilib, Qarabağın bərpasına yönəldilir” kimi fikirlər də yersizdir:
"Dövlətin bütün hədəfi odur ki, Qarabağın hər bir qarışında cənnət yaransın. Bu gün Qurtuluş ərəfəsində nələrəsə kölgə salırlar. Vaxtilə Surətin qarşısından qaçanlar, Kələkidə soğan əkənlər indi bizə ağıl öyrədir”
Bu azərbaycanlılara güzəşt edilsin - Siyavuş Novruzov
Gürcüstanda yaşayan çox sayda həmvətənimiz müraciət edir.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır:
"Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Əcnəbilərə tətbiq etdiyimiz qadağanı onlara da tətbiq edək? Onlar Gürcüstan vətəndaşı olsa da, azərbaycanlıdırlar. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır”.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
****
"Bəzi deputatlar var ki, iclas bitən kimi jurnalistləri çağırır, müsahibə vermək istəyir ki, mən başqa məsələni qaldırmaq istəyirdim, qoymadılar"
"Milli Məclisin daxili nizamnamə var, hər bir deputat təklif irəli sürülə bilər. Amma bəzi deputatlar var ki, iclas bitən kimi jurnalistləri çağırır, müsahibə vermək istəyir ki, mən başqa məsələni qaldırmaq istəyirdim, qoymadılar”.
Bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Siyavuş Novruzov bildirib.
"Biz görmüşdük ki, azlıq çoxluğa tabe olsun, amma görürük ki, azlıq bizə təsir etmək istəyir. İllərdir bizimlə çalışan insanlar gəlib başqa çıxışlar edirlər. Ömür boyu demisən, indi əsas fikirlərə baxmalısan. Deyir ki, Qarabağda sahibkarlardan pul alınır. Nazirliyin əməkdaşları buradadır, belə hadisələr baş verib? Prezident və birinci xanım tez-tez Qarabağda olur, quruculuq işləri ilə tanış olurlar. Bəs camaatın işinə niyə haram qatırsan? Təcrübəsi olan adamlar belə danışmalı deyil. Kimsə növbəti seçkilərə hasırlaşırsa, getsin, özünə başqa mövzu tapsın, Qarabağ üstündən çıxış etməsin. Qarabağın üstündə çox alverlər olub, amma bundan sonra belə olmayacaq”,- deyə o bildirib. (Modern.az)
****
Siyavuş Novruzov: Qohum nikahının qadağasının Gürcüstan azərbaycanlılarına aid olmaması üçün variant tapmaq lazımdır
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qohum evliliyinə qadağa məsələsində Gürcüstan azərbaycanlıları üçün müəyyən variantların tapılmasını təklif edib.
Bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat qeyd edib ki, digər ölkə vətəndaşlarına tətbiq edilən qaydaları Gürcüstanda yaşayan azərbaycanlılara tətbiq etmək düzgün deyil.
"Çox sayda Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimiz müraciət edib. Bizim qəbul etdiyimiz maddə avtomatik olaraq onlara da tətbiq edilir. Bir qohumu Azərbaycanda yaşayır, vaxtilə köçüb, gəlib. Digər qohum isə orda yaşayır. Xalanəvəsi, bibinəvəsi, uzaq qohumdur, gəlir, evlənmək istəyir. Elə olur ki, pakistanlıya tətbiq etdiyimiz maddəni Gürcüstanda yaşayan azərbaycanlılara da tətbiq etmiş oluruq. Onlar başqa ölkə vətəndaşı olsa da, azərbaycanlıdırlar. Mən hesab edirəm ki, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün elə bir variant tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem yaşanmasın”, - deputat bildirib.
Report
****
Siyavuş Novruzov qohum evliliklərinə haqq qazandırdı - "Krallar belə nikaha girəndə kilsəyə gedir”