Suriya kürdləri paytaxtlarını seçdilər, Konstitusiya hazırlayırlar

Suriya kürdləri paytaxtlarını seçdilər, Konstitusiya hazırlayırlar
Suriyanın şimalında yaşayan kürdlər oktyabr ayında öz ərazilərinin Konstitusiyasını qəbul etməyə hazırlaşırlar. Paytaxtın Əl-Qamışlı olacağını bildirilər.

Virtualaz.org "Russia Today” agentliyinə istinadən bildirir ki, bu haqda Suriyanın şimalında kürdlərin regional məclisinin başçısı məlumat verib. Onun sözlərinə görə, Türkiyənin əməliyyatlarına baxmayaraq, Suriya kürdləri onların nəzarətində olan şimal-şərq və Suriyanın şimal-qərb rayonlarını birləşdirmək niyyətindədirlər.

Hazırda Suriyanın şimalında Türkiyə hərbi əməliyyatlar keçirir. Türk hərbçilərinin 20 kəndi terrorçulardan təmizləməsi barədə məlumatlar səsləndirilib. Cərablus və Aazaz arasındakı cəbhə nəzarət altınadadır.

Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış bildirib ki, türklərin hədəfi kürdlərin Suriyanın şimalında hərəkətinin qarşısını almaqdır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az