Suriyada bir azərbaycanlı da öldürüldü-FOTO

Suriyada bir azərbaycanlı da öldürüldü-FOTO
Gürcüstandan olan azərbaycanlı Suriyada Rusiya aviasiyasının zərbələrinə tuş gəldi

Suriyanın şimalında, Türkiyə ilə sərhəd ərzilərdə gedən döyüşlərdə "Əl-Nusra Cəbhəsi” qruplaşmasının tərkibində döyüşdüyü ehtimal edilən azərbaycanlı öldürülüb.

Virtualaz.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Gürcüstanın Telavi şəhərində anadan olmuş Beslan Muxtarov 3 ay əvvəl Suriyaya gedib. Onun Rusiya aviasiyasının Türkmən dağı bölgəsinə endirdiyi aviazərbələr nəticəsində öldürüldüyü bildirilir.

Beslan Muxtarov Türkiyədə tibb təhsili alıb. Lakin 2011-ci ildə Türkiyədə radikal islamçı baxışlarına görə barəsində terrorçuluq şübhəsi ilə təhqiqat başladılıb. Daha sonra onun Türkiyəyə girişinə qadağa qoyulub. Gürcüstana dönən Beslan Muxtarov bir müddət orada çobanlıq edib, 3 ay əvvəl isə Suriyaya gedib. Onun əsas fəaliyyətinin yaraqlılara tibbi yardım göstərməkdən ibarət olduğu bildirilir. Beslan Muxtarovun anası Tamamgül Muxtarova xərçəng xəstəsidir və oğlunun Suriyada öldürüldüyünü eşidənd vəziyyəti pisləşib, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az