Sürücülərə şad xəbər - – BENZİNDƏN QAZA KEÇİLİR

Sürücülərə şad xəbər - – BENZİNDƏN QAZA KEÇİLİR
"Benzinlə çalışan avtonəqliyyat vasitələrinin mükərrikini qazla iş prinsipinə çevirəcəyik və ondan sonra həmin nəqliyyat vasitələri də sıxılmış qazla çalışacaq".
Vətəninfo.az xəbər verir ki, bunu "Report"a "SOCAR Petroleum CNG"dən bildiriblər. Məlumata görə, bunla bağlı hazırlıq işlərinin bir hissəsi artıq yekunlaşıb: "Həmin işləri görmək üçün yeni texnologiyadan istifadə ediləcək. İtaliyanın məşhur "CuboGas" texnologiyasından istifadə etməyi düşünürük. Çevrilmə işlərinin aparılması üçün artıq müvafiq bina hazırdır. Sadəcə texnologiyanın tətbiqi ilə bağlı bəzi məsələlər dəqiqləşdirilir. Düşünürük ki, qarşıdakı iki ayda bu proses tam yekunlaşacaq və növbəti işlərə başlayacağıq", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, SOCAR qarşıdakı bir neçə il ərzində ölkədə yanacaq bazarında sıxılmış qazın payını 30%-ə çatdırmaq niyyətindədir.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az