Tələbə adını qazanmış gəncin sevincini bölüşdülər

Tələbə adını qazanmış gəncin sevincini bölüşdülər

Dünən bir qrup ictimaiyyət nümayəndəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin əyani şöbəsinə daxil olmuş Şamilə Ələkbərlinin sevincini bölüşmək üçün Bakıxanov qəsəbəsindəki "Bəyaz saray"ın banket zalına toplaşmışdılar. Aparıcı, gənc və istedadlı şoumen, "Qismət" qrupunun solisti İlqar Sadıqov qonaqları təqdim etdikdən sonra sözü Şamilənin valideynləri-döyüşçü-jurnalist Şamil Sabiroğlu və şairə İmarət Cəmilliyə verdi. 

Daha sonra qonaqlardan Qarabağda, xüsusən Laçın rayonunda böyük nüfuz sahibi olan İlham Kərimov, əslən İsmayıllı rayonundan olan tanınmış şair Vaqif Nəcəfzadə, "Gəncliyə Yardım Fondu" nun vitse-prezidenti Salman Əliyev,"Yeni Yurd"ictimai birliyinin sədri, xeyriyyəçi insan Mahirə Əsədova, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi İdarə heyətinin üzvü, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Fiqurə Rüstəmova, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı, Birliyin Kütləvi tədbirlər şöbəsinin müdiri Rəna Xudiyeva, Birliyin üzvü Günel Yusifqızı, sabiq döyüşçü Əli Abdullahi,"resmixeber.az" saytının təsisçi və baş redaktoru Rəsmiyyə Vahidqızı, Güneyt şirkətinin əməkdaşı Səidə Quliyeva və başqaları çıxış edərək Şamilənin qısa müddətdə qazandığı uğurlardan danışdılar.
Tələbə dostları - Billurə Abbasova, Aysel Bağırova da fəal ictimaiyyətçi olan Şamilə Şamilqızına şəxsi həyatında və təhsildə uğur arzuladılar.
"Muğam-2015" Respublika mahnı müsabiqəsinin qalibi Elgiz Əliyev, Muğam ifaçısı Rəna Xudiyeva, müğənni İlqar Sadıqov maraqlı musiqi nömrələrilə gecənin iştirakçılarına sevincli anlar yaşatdılar.




Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az