Telekanalın keçmiş proqram rəhbəri İcra Hakimiyyətini məhkəməyə verdi

Telekanalın keçmiş proqram rəhbəri İcra Hakimiyyətini məhkəməyə verdi

"Mədəniyyət" kanalının keçmiş proqram rəhbəri Danial Aşurbəyov və qardaşı Fərid Aşurbəyov Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Məlumata görə, qardaşlar icra hakimiyyətinə qarşı kompensasiya ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət ediblər.
Məhkəmə iddianı qeyri-mümkün sayıb.
Bundan sonra onlar apellyasiya şikayəti veriblər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. (APA)

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az