Terror təşkilatının videoları ABŞ-dakı studiyalarda çəkilir

Terror təşkilatının videoları ABŞ-dakı studiyalarda çəkilir

İŞİD həm də həyata keçirdiyi qorxunc qətl və işgəncələrə görə məşhurlaşa, az qala, bütün dünyada xof yarada bilib. 

İndiyə qədər mediada İŞİD-in qəddar cəza üsullarını əks etdirən, onu «başkəsən» obrazında təqdim edən xeyli sayda foto və video yayılıb. Elə yayılan bu materialların hesabına da barəsində yaradılmış mif hesabına, İŞİD bir çox əraziləri döyüşmədən tuta bilib.

"CyberBerkut" adlı haker qrupunun bu videolarla bağlı ortaya atdığı iddia isə bu istiqamətdə yeni mübahisələrə yol açacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, haker qrupun yaydığı görüntülərdə İŞİD-in başkəsmə videolarının gerçək olmadığı, ABŞ-dakı bir studiyada hazırlandığı iddia olunur.

Xatırlayırsınızsa, ötən il İŞİD bir müddət əsir saxladığı amerikalı jurnalist Jeyms Foleyin başını necə kəsdiklərini göstərən video yaymışdı. «CyberBerkut»un yaydığı ifşa videosundan isə açıq şəkildə görünür ki, başkəsmə əməliyyatı studiyada çəkilib. Haker qrupu bəyan edir ki, bütün bunlar Amerika təbliğatının bir hissəsidir.

isid-cekilis-2.jpg

Hələ bundan xeyli əvvəl xarici mətbuat amerikalı senator Con Makkeynin də İŞİD-lə əlaqələrinin olduğunu yazmışdı. Senatorun ötən il İŞİD liderləri Bağdadi ilə birgə şəkilləri də ortaya çıxmış, bununla da İŞİD-lə ABŞ arasında əlaqələrin olduğuna dair mübahisələr bir az da qızışmışdı.

isid-çekilis-3.jpg

Maraqlıdır ki, «Hollywood»un qorxu filmləri çəkən məşhur rejissorlarından Mary Lambert də İŞİD tərəfindən başları kəsilən 21 misirli xristianla bağlı məşhur videorolikin studiyada hazırlandığını iddia edir: «Sizi əmin edirəm ki, bu görüntülər studiyada hazırlanıb. Diqqətlə baxandan sonra əslində videoda 6 nəfərin olduğu, insanların kompüter effekti ilə çoxaldıldığı qənaətinə gəldim. Videodakı cihadçıları yaxınlaşdıranda arxa fondakı dənizin də saxta görüntü olduğu üzə çıxdı. Arxa planda «chroma key» ekranının olduğu, dənizin bura başqa bir görüntüdən əlavə edildiyi dəqiqdir. Videoda dənizin qırmızlaşmasını görə bilərsiz ki, bunun effekt olduğuna şübhəm yoxdur. Üstəlik bu görüntülərin çəkildiyi vaxtda bölgədə qum fırtınası olmuşdu ki, videoda bundan əsər-əlamət yoxdur».

isid-çekilis-4.jpg

Qeyd edək ki, bir müddət əvvəl alman jurnalist Cürgen Todenhöfer İŞİD-in nəzartində olan ərazilərə səfər edərək bu qruplaşma ilə bağlı yayılan xəbərlərin hansının mif, hansının gerçək olduğuna aydınlıq gətirməyə çalışmışdı. On gün davam edən səfərdən sonra jurnalist məlum təbliğat videoroliklərindəki mənzərəyə rast gəlmədiyini bildirmişdi.

isid-makkeyn.jpg

 

 

strateq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az