Terrorçu erməni keşiş Kəlbəcərdəki qədim məbədimizi tərk etməcəyini bildirdi...-FOTOLAR
"Torpaqlarımızın işğalında, soydaşlarımızın qətlində birbaşa əlində silah iştirak etmiş belə bir erməni keşişin torpağımızda, özü də Kəlbəcərdə oturması Azərbaycan xalqının heysiyyatının aşağılanmasıdır..."
Kəlbəcər rayonu ərazisindəki xristian dininə sitayiş etmiş qədim türk tayfalarına məxsus olmuş Xudavəng məbədinin keşişi Ter-Hovanes Hovanisyan iddia edir ki, onlar monastır kompleksini tərk etmək fikrində deyillər.
"Onlar istədiklərini ona görə deyirlər ki, Ermənistan lideri Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi kimi tanıyır. Gedin və ona bu sualı verin: o, bu barədə nə düşünür. Mən burada, öz torpağımda, kilsəmdəyəm” .
Moderator.az xəbər verir ki, bunu Aysor.am müxbirinə açıqlamasında keşiş Ter-Hovanes Hovanesyan bildirib.
Onun sözlərinə görə, hazırda bütün rahiblər Xudavəngdədir..
Qondarma "müqəddəs eçmiədzin ana taxt-tacı"nın mətbuat katibi Ripsime Arakelyan Aysor.am-la söhbətində bildirib ki, hazırda məsələ müzakirə olunur və yaxın vaxtlarda kilsənin mövqeyi açıqlanacaq.
Xatırladaq ki, bu gün Azərbaycan tərəfi erməni rahiblərdən Xudavəng məbədini tərk etməyi tələb edib.
"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir. Bunu mayın 2-də "Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransdan sonra jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun fikrincə, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır.
"Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yerinə qaytarılacaq", -deyə o qeyd edib.
Onu da xatırladaq ki, sözügedən erməni keşiş hələ 2020-ci ilin noyabrında Kəlbəcər rayonunun əksər hissəsi Azərbaycan tərəfinə təhvil verilməmişdən bir qədər öncə əlində avtomat silahla erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!”-söyləyib.
Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş, həm I Qarabağ savaşında, həm də oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak etmiş bu separatçı-terrorçu "din xadimi” 27 illik işğal dövründə ermənilərin "Dadivank” adlandırıdqları qədim xristian türklərə məxsus Xudavəng məbədinin Azərbaycana verilməyəcəyi vədini həmin vaxt ona kimin verdiyini də açıqlayıb.
"Artsax prezidenti Araik Arutyunyan məni çağırdı və xaçkarlara toxunmamağı əmr etdi. Dedi ki, Dadivank bizimdi və bizim olacaq”-deyə üzdəniraq erməni keşiş bildirib.
P.S. Torpaqlarımızın işğalında, soydaşlarımızın qətlində birbaşa əlində silah iştirak etmiş belə bir erməni keşişin torpağımızda, özü də Kəlbəcərdə oturması Azərbaycan xalqının heysiyyatının aşağılanmasıdır...
Sultan Laçın