Terrorçu Köçəryanın arvadı doğum gününü Qarabağdakı evində keçirdi?..

Terrorçu Köçəryanın arvadı  doğum gününü Qarabağdakı evində keçirdi?..
Xəbərin dezinformasiya olub-olmadığını Laçın sərhəd məntəqəsindəki Rusiya sülhməramlıları(!) yaxşı bilər...

Qəsbkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın arvadı Bella Köçəryan da Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya hərbçilərinin  icazəsi ilə Azərbaycanın dövlət sərhədini pozaraq  Qarabağa gəlib. 

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumatdan belə çıxır. Xəbərdən B.Köçəryanın yanvarın 31-də doğum gününü Xankəndindəki evlərində qeyd etdiyi bəlli olur.

"Çoxsaylı təbrik və arzulara görə minnətdaram. İndi Artsaxdayam: qohumların və dostların əhatəsində... Stepanakertdəki evimizdə.... Bu gün həyəcansız, ağrını gizlətmədən danışmaq çətindir... Ancaq şəhərimiz yaşayır və yaşamalıdır” - deyə Xocalı qatilinin  arvadı  "Facebook” səhifəsində yazıb...
B.Köçəryan Xankəndi küçələrində erməni əsgərlərinin göründüyü belə bir foto da paylaşıb...

P.S. Xəbərin dezinformasiya olub-olmadığını Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya sülhməramlıları(!)  yaxşı bilər...


Sultan Laçın

 

 
 
 
<iframe style="font-family: Arial, Helvetica, sans-serif; font-size: 17.3333px; word-spacing: 0px; position: absolute; top: 0px; left: 0px; width: 1583px; height: 732px; visibility: hidden; pointer-events: none; z-index: -1000; border-width: 0px; border-style: initial;"></iframe>




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az