Tərtərdə əl qumbarası partladı: ölən və yaralanan var

Tərtərdə əl qumbarası partladı: ölən və yaralanan var

Tərtər rayonunda döyüş sursatı partlayıb. 

Miq.Az report-a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az