"TƏRTƏT İŞİ" İLƏ BAĞLI HƏBS OLUNAN RAHİB MƏMMƏDOV KİMDİR? - Yazıçılar Birliyinin də üzvüdür


"Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.

APA xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.

Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm” və "Azərbaycan Bayrağı” mükafatları laureatıdır.

Onun "Həyat eşqi”, "Sevgi dünyam”, "Zirvəyə doğru” adlı kitabları nəşr olunub.

Xatırladaq ki, Rahib Məmmədov "Tərtər işi” ilə bağlı həbs olunub.

O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az