Təyyarə eniş zamanı ayılara çırpıldı - FOTO

Təyyarə eniş zamanı ayılara çırpıldı - FOTO

"Alaska Airlines”a məxsus təyyarə eniş edərkən ayını vurub. Heyvan ölüb, təyyarəyə isə zərər dəyib.

Bu barədə "Anchorage Daily News” xəbər yayıb.

Hadisə Alyaskanın Yakutat aeroportunda baş verib.

Məlumata görə, "Boeing 737-700”ün enişindən 10 dəqiqə əvvəl hava limanının işçiləri zolağı təmizləsələr də, eniş zamanı qəfil iki ayı laynerin qarşısına çıxıb.

Qəza zamanı ayılardan biri ölüb, digəri yaralanıb.

Heyət üzvləri və sərnişinlər arasında xəsarət alan olmayıb. Təyyarənin isə sol mühərrik başlığı zədələnib.
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az