"Hərbi yük təyyarəsidir və istehsalı 1955-ci ildə başa çatıb. NATO ölkələrindən başqa Argentina, Anqola və digər dövlətlərdə də istifadə olunur. Təyyarənin təzə modellərinin (C-130 H və C-130 C) qiyməti 30-60 milyon dollara qədər dəyişir. Bu, 2019-cu ildə ən effektli təyyarə hesab olunub. Həmçinin hərbçilərin daşınmasında da istifadə olunur. Effektli olduğu üçün indiyədək qəzaya uğradığına rast gəlinməyib. Təyyarənin Gəncəyə nə daşıdığı haqda məlumat yoxdur. Türkiyənin istifadəsində olan "C-130″lar tez-tez Azərbaycana uçuşlar edir (Sonradan məlum olub ki, təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub-red.).
Türkiyə noyabrda Böyük Britaniyadan 12 ədəd "C-130” alıb. Ancaq özünün də arsenalında bu tip təyyarələr mövcud olub. Ümumi say açıqlanmır”.
Hərbi ekspert, ehtiyatda olan kapitan Ədalət Verdiyev isə bildirib ki, hazırda qəza ilə bağlı araşdırmalar gedir:
"Əlimizdə təyyarənin yerə enməsi ilə bağlı yalnız bir görüntü var. Təyyarənin hər iki tərəfdən mühərriklərində və qanadlarında olan yanacağın alışmasını görürük. Bütün versiyaları araşdırmaq lazımdır. Bundan sonra dəqiq səbəblər məlum olacaq. Təbii ki, Rusiyanın son zamanlar həm Malayziya, həm Azərbaycan təyyarəsinə qarşı törətdiklərini nəzərə alsaq, o zaman qəzada "Rusiya izi” versiyasını qətiyyətlə istisna edə bilmərik”.