Başçı TSEK sədrinin vəzifəsini niyə dəyişir? – Gizlinlər

Başçı TSEK sədrinin vəzifəsini niyə dəyişir? – Gizlinlər

Son aylar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun rayonlara mütəmadi səfərlər edərək vətəndaşları qəbul etməsi və onların şikayətlərini dinləyərək yerindəcə tədbir görməsi nazirliyin regionlardakı korrupsioner məmurlarının canına vəlvələ salıb.

Vizual.azAzFakt.com- istinadla xəbər verir ki, rəsmi ünvanı Abulbəyli kəndi olan 28 saylı TSEK-in müdiri Arif Səmədov nazir Səlim Müslümovun cəzasından qurtulmaq üçün vəzifəsini dəyişmək istəyir.

Arif Səmədova bu işdə köməkliyi isə Tovuz icra başçısı Tofiq Zeynalovun edəcəyi bildirilir. Hər zaman 28 saylı TSEK müdirinə havadarlıq edən icra başçısı bu dəfədə qohumunu qorumaq niyyətindədir.

Məlumata görə Arif Səmədov TSEK müdirliyindən Tovuz rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə getmək istəyir.

Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyən Paşa Muradov icra başçısının müavini və qudası olan Mahir Həsənovun ən yaxın adamıdır. Paşa Muradovun vəzifəsindən çıxarılmasına qarşı çıxanlardan biri məhz başçının müavinidir.

İddiaya görə başçının müavini Mahir Həsənovun 28 saylı TSEK sədrindən o qədər də xoşu gəlmir. Çünki rayonda fəaliyyət göstərən iki qruplaşma var. Bunlardan biri icra başçısı Tofiq Zeynalov digərinə isə müavin Mahir Həsənov rəhbərlik edir. Hər iki məmur Qovlar kəndindən və quda olmalarına baxmayaraq vəzifə bölgüsündə Tofiq Zeynalovun qohumları böyük üstünlüyə malikdirlər. Məhz buna görə də hər zaman icra başçısının qohumları ilə müavinin qohumları arasında ciddi rəqabət mövcuddur.

Arif Səmədov isə Tofiq Zeynalov ən yaxın adamı olmaqla bərabər həm də onun klanına daxildir. İddiaya görə icra başçısı Tofiq Zeynalovun çoxsaylı xahişindən sonra Arif Səmədova xəbərdarlıq edilib və işində ciddi olması, qanunsuzluqlara yol verməməsi şərti ilə bir müddət vaxt verilib.

Ancaq 28 saylı TSEK sədrinin ona edilən xəbərdarlğı nəzərə almaması və köhnə işini yenə həminki qaydada davam etdirməsi artıq Səlim Müslümovun da qulağına çatıb. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az