MTN hadisələri sübut etdi ki, ictimai nəzarətdən və tənqidi medianın diqqətindən kənarda qalan dövlət strukturlarında yaranan arxayınlıq son nəticədə böyük qanun pozuntularına yol açır.
VİZUAL.az xəbər verir ki, prezidentin tərifindən sonra bəzi strukturların rəhbərləri toxunulmazlıq hüququ aldıqlarını zənn edirlər. Belə sahələrdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Bu quruma iki ildən artıqdır rəhbərlik edən Səlim Müslümovun fəaliyyəti araşdırma mövzusudur. Nazirin ünvanlı sosial yardımla bağlı həyata keçirdiyi və planlaşdırdığı işlər haqda məlumatlar əldə etmişik.
Sistem təmizlənməsi yoxsa...
Birinci növbədə yardım təyin edilməsində guya şəffaflıq yaradılması haqda cənab Müslümovun publikaya hesablanmış çıxışına nəzər salaq. Səlim müəllim rayonların birində vətəndaş qəbulu zamanı işçisinə deyir ki, "2 ildir əlləşirəm sizinlə bacarmıram”.
Sual meydana çıxır - həmin kadrları kim təyin edib? Nazir təyin olunandan sonra çox keçmədən keçmiş nazir Füzuli Ələkbərovun üzünü bir dəfə görməyən kadrları belə onunla əlaqədə olmaqda günahlandıraraq işdən azad edilmə ərizələri yazmağa məcbur etdi. Halbuki, həmin kadrların çoxu hələ Əli Nağıyev nazir olarkən müsabiqə ilə işə qəbul edilmişdi.
Ən qəribəsi onda idi ki, yüzlərlə insanın günahsız yerə işdən çıxarılması S.Müslümov tərəfindən ölkə rəhbərliyinə və ictimaiyyətə sistemin təmizlənməsi kimi qələmə verildi. Amma həmin kadrların yerinə kimlərin təyin edilməsi haqqında ictimaiyyətə heç bir məlumat verilmədi.
Halbuki, boşaldılmış həmin vəzifələr kütləvi surətdə Dövlət Sosial Müdafiə Fondunun işçilərinin transferi hesabına dolduruldu. Bir sıra hallarda isə əvvəlki nazir F.Ələkbərov tərəfindən yaratdığı şikayətlərlə bağlı işdən çıxarılmış kadrlardan istifadə olundu.
Ələkbərovun qovduqları qaytarılır
Məsələn, S. Müslümovun işdən çıxardığı Ağcabədi rayon "sobez” direktorunu 2013-cü ildə F.Ələkbərov həmin vəzifədən şikayətlərin çoxluğuna görə azad etmişdi. Həmin şəxsi Müslümov təkrar həmin vəzifəyə qaytardı.
Və yaxud bu yaxınlarda Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilmiş 5 saylı TSEK-in sədri Fəsad Mustafayevi vaxtilə F. Ələkbərov 17 saylı TSEK-in sədri vəzifəsindən qovmuşdu.
S. Müslümovun ANS-ə bildirib ki, hazırda nazirlik sistemində rüşvətxorluq olsa da korrupsiya yoxdur. Çünki korrupsiya üçün nazirlik səviyyəsində sistem yaradılmalıdır. Belə sistem isə nazirlikdə yoxdur.
VİZUAL.aznazirliyin və Dövlət Statistika Komitəsinin rəsmi saytlarından götürdüyü məlumatları təqdim edərək belə bir sistemin var gücü ilə işlədiyini göstərir.
Qeyd edək ki, ünvanlı sosial yardım alanların sayı və bu məqsədlə ayrılan vəsait yoxsulluq səviyyəsinə görə ilin əvvəlindən büdcədə nəzərdə tutulur. Hər ay büdcədən bu nazirliyin hesabına köçürülür.
Nazirlik isə həmin məbləği və sayı ölkənin bütün rayonları arasında yoxsulluq faizinə və rayonun əhalisinin sayına uyğun bölüşdürməlidir. Aşağıdakı cədvəl isə sübut edir ki, varlığını inkar etdiyiniz həmin sistem vəsait bölgüsünü əsl korrupsiya mənbəyinə çevirib:
|
|
Rayonlar |
ÜSY alan ailələrinsayı |
Üsy alanailəüzvlərininsayı |
Əhalinin sayı |
faizlə nisbəti |
|
1 |
Nəsimi |
1048 |
4821 |
215600 |
2,24 |
|
2 |
Binəqədi |
3210 |
14766 |
251500 |
5,87 |
|
3 |
Xəzər |
3262 |
15005 |
158200 |
9,48 |
|
4 |
Abşeron |
2300 |
10580 |
197700 |
5,35 |
|
5 |
Astara |
1091 |
5019 |
101200 |
4,96 |
|
6 |
Ağdam |
1601 |
7365 |
185300 |
3,97 |
|
7 |
Ağdaş |
1648 |
7581 |
103300 |
7,34 |
|
8 |
Ağcabədi |
1712 |
7875 |
127300 |
6,19 |
|
9 |
Ağstafa |
438 |
2015 |
82700 |
2,44 |
|
10 |
Ağsu |
1008 |
4637 |
74100 |
6,26 |
|
11 |
Səbail |
346 |
1592 |
94700 |
1,68 |
|
12 |
Balakən |
1299 |
5975 |
93000 |
6,43 |
|
13 |
Beyləqan |
1307 |
6012 |
91110 |
6,60 |
|
14 |
Biləsuvar |
1036 |
4766 |
94000 |
5,07 |
|
15 |
Bərdə |
2216 |
10194 |
148100 |
6,88 |
|
16 |
Qazax |
1331 |
6123 |
92000 |
6,66 |
|
17 |
Qax |
800 |
3680 |
54500 |
6,75 |
|
18 |
Qobustan |
543 |
2498 |
42500 |
5,88 |
|
19 |
Quba |
2084 |
9586 |
159300 |
6,02 |
|
20 |
Qubadlı |
305 |
1403 |
37700 |
3,72 |
|
21 |
Qusar |
1201 |
5525 |
91500 |
6,04 |
|
22 |
Nərimanov |
1384 |
6366 |
169600 |
3,75 |
|
23 |
Qəbələ |
992 |
4563 |
98600 |
4,63 |
|
24 |
Daşkəsən |
490 |
2254 |
33500 |
6,73 |
|
25 |
Şabran |
563 |
2590 |
54700 |
4,73 |
|
26 |
Cəbrayıl |
201 |
925 |
74200 |
1,25 |
|
27 |
Cəlilabad |
2247 |
10336 |
202000 |
5,12 |
|
28 |
Zaqatala |
1874 |
8620 |
122400 |
7,04 |
|
29 |
Zəngilan |
305 |
1403 |
41300 |
3,40 |
|
30 |
Zərdab |
577 |
2654 |
55400 |
4,79 |
|
31 |
İmişli |
1406 |
6468 |
120100 |
5,39 |
|
32 |
İsmayıllı |
1050 |
4830 |
82400 |
5,86 |
|
33 |
Nizami |
1275 |
5865 |
188300 |
3,11 |
|
34 |
Yardımlı |
847 |
3896 |
61500 |
6,34 |
|
35 |
Yevlax |
1651 |
7595 |
122300 |
6,21 |
|
36 |
Kürdəmir |
1216 |
5594 |
108800 |
5,14 |
|
37 |
Kəlbəcər |
159 |
731 |
85200 |
0,86 |
|
38 |
Laçın |
228 |
1049 |
72200 |
1,45 |
|
39 |
Lerik |
928 |
4269 |
78700 |
5,42 |
|
40 |
Lənkəran |
2380 |
10948 |
215800 |
5,07 |
|
41 |
Masallı |
2684 |
12346 |
208900 |
5,91 |
|
42 |
Mingəçevir |
1309 |
6021 |
99700 |
6,04 |
|
43 |
Naftalan |
125 |
575 |
9400 |
6,12 |
|
44 |
Yasamal |
1856 |
8538 |
240100 |
3,56 |
|
45 |
Netçala |
935 |
4301 |
83200 |
5,17 |
|
46 |
Oğuz |
543 |
2498 |
41700 |
5,99 |
|
47 |
Saatlı |
1219 |
5607 |
98700 |
5,68 |
|
48 |
Sabirabad |
1726 |
7940 |
161900 |
4,90 |
|
49 |
Salyan |
1467 |
6748 |
128100 |
5,27 |
|
50 |
Samux |
780 |
3588 |
55600 |
6,45 |
|
51 |
Siyəzən |
482 |
2217 |
39400 |
5,63 |
|
52 |
Sumqayıt |
4307 |
19812 |
325300 |
6,09 |
|
53 |
Tovuz |
2121 |
9757 |
164500 |
5,93 |
|
54 |
Suraxanı |
2141 |
9849 |
207000 |
4,76 |
|
55 |
Tərtər |
1185 |
5451 |
100200 |
5,44 |
|
56 |
Ucar |
935 |
4301 |
81800 |
5,26 |
|
57 |
Fizuli |
431 |
1983 |
121500 |
1,63 |
|
58 |
Göygöl |
994 |
4572 |
59900 |
7,63 |
|
59 |
Xaçmaz |
2110 |
9706 |
166800 |
5,82 |
|
60 |
Xocavənd |
133 |
612 |
42400 |
1,44 |
|
61 |
Xocalı |
32 |
147 |
27000 |
0,55 |
|
62 |
Xızı |
166 |
764 |
15500 |
4,93 |
|
63 |
Şamaxı |
1129 |
5193 |
96900 |
5,36 |
|
64 |
Şuşa |
262 |
1205 |
30900 |
3,90 |
|
65 |
Sabunçu |
2236 |
10286 |
231300 |
4,45 |
|
66 |
Şəki |
1972 |
9071 |
177500 |
5,11 |
|
67 |
Şəmkir |
2461 |
11321 |
201400 |
5,62 |
|
68 |
Hacıqabul |
788 |
3625 |
69100 |
5,25 |
|
69 |
Goranboy |
1355 |
6233 |
98100 |
6,35 |
|
70 |
Göyçay |
1366 |
6284 |
113500 |
5,54 |
|
71 |
Gədəbəy |
1223 |
5626 |
96000 |
5,86 |
|
72 |
Gəncə |
3460 |
15916 |
323000 |
4,93 |
|
73 |
Şirvan |
928 |
4269 |
80900 |
5,28 |
|
74 |
Xətai |
2316 |
10654 |
261900 |
4,07 |
|
75 |
Qaradağ |
1276 |
5870 |
114400 |
5,13 |
|
76 |
|
|
|
|
|
|
77 |
|
98012 |
450855 |
8855810 |
5,09 |
Qeyd: ÜYS – Ünvanlı Sosial Yardım
Fantastik fərqlər və...
Cədvəldən göründüyü kimi, yardım alanların ümumi sayının ölkə əhalisinin sayına nisbəti 5,09 faiz olmaqla elan olunmuş yoxsulluq həddi səviyyəsindədir. Amma rayonlar üzrə yaranan fərqlər həqiqətən adamı dəhşətə gətirir.
Məsələn necə ola bilər ki, Abşeronda yoxsulluq həddi 5,35 faiz amma təxminən eyni sosial-iqtisadi göstəricilərə malik olan Xəzər rayonunda bu rəqəm 9,48 faiz olsun. Və yaxud nə vaxtdan Zaqatala rayonu Daşkəsən rayonundan kasıb rayon hesab olunur? Bəlkə cənab Müslümov bununla dövlət başçısının elan etdiyi göstəricilərə şübhə edir?
Nazirlikdə aparılan bu cür qeyri-obyektiv bölgü yerlərdə hər bir rayonun kəndlərinə münasibətdə də özünü göstərir. Hansı kənddə imkanlı şəxslər çoxdursa yardım alanlar da çox olur. Şikayət edən həqiqi aztəminatlı ailələr isə məhkəmələrlə susdurulur.
Cənab S.Müslümovun məlum müsahibəsində qeyd etdiyi kimi, yardımların planşetlər vasitəsilə müayinə apardıqdan sonra nəticəyə uyğun təyin edilməsi haqda: cənab nazir deyə bilərmi bu "sehrli” planşetlər əhalinin qeyri-rəsmi gəlirlərini, xarici dövlətdən qeyri- rəsmi yolla ailəyə göndərilən pul vəsaitlərini, ailənin faktiki mülkiyyətində olan, amma rəsmiləşməyən əmlakını mal-qarasını necə müəyyən edəcək?
Növbəti yazılarda dövlət büdcəsinin "qara dəliyi” olan əmək pensiyalarının təyinatı və ödənilməsi sahəsində yol verilən qanunsuzluqlar haqda, sosial yardımların məbləğləri hesablanarkən istifadə olunan maxinasiyalar haqda məlumat verəcəyik. İddialarla bağlı nazirliyin mövqeyini dərc etməyə hazırıq.