Toy edənlərin nəzərinə: Polis qəfil "qonaq" gələ bilər

Toy edənlərin nəzərinə: Polis qəfil

Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlar tərəfindən toy prosesi gedən zaman qəfil yoxlamalar həyata keçirilə bilər.

Miq.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, monitorinqlərdə toy mərasimləri zamanı Nazirlər Kabineti tərəfindən təyin edilən qaydalara riayət edilməsi yoxlanılacaq:

"Daxili İşlər Nazirliyinin əməkdaşları maraqlı deyil ki, vətəndaşların şad günlərində hər hansı narazılıq olsun. Bu səbəbdən də sahibkarlar və toy mərasimini keçirən şəxslər bütün qaydalara ciddi riayət etməlidirlər. Əgər restoranlarda keçirilən toy mərasimləri zamanı qoyulan qaydalara riayət edilməzsə, bu həmin restoranlarda növbəti dəfə toy mərasimlərinin keçirilməsinə qadağa qoyulmasına gətirib çıxara bilər. Diqqətə çatdırım ki, pandemiya şəraitində qaydalara riayət edək ki, bu kimi hallar yaşanmasın və hər hansı məhdudiyyətlərin tətbiqinə ehtiyac duyulmasın”.

Qeyd edək ki, E.Hacıyev bundan öncə açıqlamasında polis əməkdaşlarının toy mərasimləri keçirilən zaman zala daxil olub yoxlama aparmayacağını açıqlamışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az