Toyda 10 nəfər zəhərləndi

Toyda 10 nəfər zəhərləndi
Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənib.
Hadisə şəhər ərazisində yerləşən "Altun” restoranında keçirilən toy mərasimində baş verib.

Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır.

Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir.

Hazırda həmin şəxslərin hansı qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

"Report”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az