Tramp: "Prezident seçilsəm Baydeni həbs edəcəm"

Tramp:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə siyasi düşmənlərini həbs edəcəyinə söz verib.

Miq.Az xəbər verir ki, o, eyni zamanda Baydeni belə rəqiblərdən biri hesab etdiyinə eyham vurub.

Jurnalist Trampdan Hillari Klintonun rəqibini həbs etmədiyinə görə peşman olub-olmadığını və onun hazırkı "siyasi düşmənlərini” "həbs edib-etməyəcəyini” soruşub. Tramp müsbət cavab verib.

"Cavab belədir: Mənim başqa seçimim yoxdur, çünki bunu bizə edirlər”, - eks-prezident bildirib.

Tramp həmçinin əlavə edib ki, ABŞ-ın hazırkı Prezidenti Co Baydenin ona qarşı irəli sürülən ittihamlarda əli olduğunu düşünür.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az