Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

Trampın nümayəndəsi "Sunday Times” nəşrinin ABŞ-ın yeni seçilmiş prezidentinin Rusiya lideri Vladimir Putinlə Reykyavikdə yaxın zamanda görüşmək niyyətində olmasına dair yaydığı xəbəri təkzib edib. 

"Blumberq”in verdiyi xəbərə görə, həmin xəbər "yüz faiz yalandır”.

Qeyd edək ki, "Sunday Times” bundan əvvəl Trampın Putinlə Reykyavikdə görüşmək niyyətində olduğunu bildirib. 

Məlumata görə, Putinlə Reykyavikdə baş tutacaq görüş Trampın prezident qismində birinci xarici səfəri olacaq.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə "soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.(APA)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az