Türk ordusuna qarşı hərəkətə keçildi: Ruslar əraziyə S-300 yerləşdirir
Suriya Milli Ordusunun (SMO) Türk Silahlı Qüvvələrinin (TSK) dəstəyi ilə SDG/YPG terror təşkilatına qarşı mümkün hərbi əməliyyatını əsas gətirən Suriya rejimi bölgəyə hərbçi və silah-sursat yığır.
Miq.Az xəbər verir ki, Rusiya da bununla paralel olaraq Qamışlı və Raqqada hava bazasına S-300 hava hücumundan müdafiə sistemləri yerləşdirir.
Suriyanın şimal-şərqinə tədricən yerləşən Rusiya bölgədə güclü hava müdafiə sistemi qurmaq üçün addımlar atır. Lazkiyə və Hmeymin hava bazasından sonra Qamışlı hava limanına hərbi təyyarələrlə silah yığan Rusiya Qaqqanın Tabka qəsəbəsində S-300 kompleksləri yerləşdirməyə başlayıb. Bəşər Əsəd rejimi də bölgəyə raketlər daxil olmaqla ağır silah toplayır.(teleqraf.com)
Miq.Az