Türkiyədə matəm elan olunub

Türkiyədə matəm elan olunub

Qardaş ölkə Türkiyədə 29 nəfərin ölüməsi və 166 nəfərin yaralanması ilə nəticələnən terror aktları ilə bağlı birgünlük matəm elan edilib.  
 
Miq.az  xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım polis avtobusunun partladılması nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin müxtəlif dərəcədə yaralar aldığını açıqlayıb. Ölənlərin 27-i polisdir. Baş nazir terror aktı ilə bağlı bütün Türkiyə ərazisində matəm elan edilməsi haqda sərəncam verib. Bu gün bütün dövlət idarələrində Türkiyə bayraqları endirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az