Türkiyədə növbəti çevriliş cəhdinin anonsu verildi - Vaxt açıqlandı

Türkiyədə növbəti çevriliş cəhdinin anonsu verildi - Vaxt açıqlandı
Türkiyə mediası yenidən ölkədə hərbi çevrilişə cəhdin baş verəcəyi barədə məlumat yayıb.

Miq.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Milliyet" nəşri dərc edib. İddialara görə, Türkiyədə növbəti qiyam avqustun 14-nə planlaşdırılır. Bildirilir ki, artıq bir neçə gündür Fətullah Gülən tərəfdarları Tvitter-də "səbr edin" mesajları verərək, 14 avqusta işarə edən yazılar paylaşırlar.

Belə məlumatlardan biri baş nazir yanında mütəxəssis kimi çalışan, daha sonra isə Gülənə məlumat ötürdüyünə görə saxlanılan Akif Mustafa Koçyiğit adına açılan Tvitter-dən paylaşılıb.

Digər paylaşımlarda isə "14 avqust AKP-nin yarandığı gündür. Bu tarixdə məğlub olacaqlar" sözləri yer alıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az