Türkiyədə polis avtomobili atəşə tutulub, yaralanan var

Türkiyədə polis avtomobili atəşə tutulub, yaralanan var
Türkiyədə polis avtomobilinin atəşə tutulması nəticəsində 1 asayiş keşikçisi yaralanıb.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident Giresun vilayətinin Dereli rayonunda qeydə alınıb.
 
Atəş açan şəxslər  hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatına təhlükə olmadığı bildirilir. Cinayətkarların tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, may ayında Giresun vilayətinin Çaldağ qəsəbəsində PKK terrorçuları polis məntəqəsini raket atəşinə tutmuşdu. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az