Türkiyədə prezident qvardiyası buraxıldı

Türkiyədə prezident qvardiyası buraxıldı

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına qərar verilib. Bunu "A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

"Prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az