Türkiyədən yenə də qara xəbər: 2 şəhid

Türkiyədən yenə də qara xəbər: 2 şəhid
Türkiyədə PKK terrorçularının törətdiyi növbbəti terror hadisəsinin qurbanı 2 polis əməkdaşı olub. Adana vilayəti Pozantı rayonunun polis bölməsi PKK terrorçularının hücumuna məruz qalıb. Bir qrup terrorçunun hücumu ilə tərəflər arasında atışma baş verib. Atışma zamanı 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib. Hücumu törədən terrorçuların ələ keçirilməsi üçün bölgədə əməliyyatlar başlayıb.


Pozantı rayonu




Ötən gün isə Şırnak vilayətində 3 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsi baş verib.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.

Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi.

Xəbərdarlıqdan sonra Türkiyə Hərbi Hava Donanması iyulun 25-də PKK silahlılarına havadan zərbələr endirmişdi.


PKK-ya qarşı əməliyyat

Həmin gün səhərə yaxın isə Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərəkqaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.
 
ANS


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az