Türkiyənin mövcudluğu təhlükə altındadır - Ərdoğan

Türkiyənin mövcudluğu təhlükə altındadır - Ərdoğan
Ailə quruluşunun mühafizəsi bizim üçün olduqca vacibdir. Ailə mədəniyyəti imperializminə qarşı ən sağlam qalamızdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"Açıq deyirəm, doğum səviyyəsinin enməsi Türkiyənin mövcudluğu üçün təhdiddir, fəlakətdir. 2023-cü ilin doğum statistikası narahatedicidir. 3 uşaq tövsiyəmizdən dolayı tənqid edildik. Amma zaman bizi haqlı çıxardı. Çağırışımızın önəmi indi daha yaxşı başa düşülür”, - deyə dövlət başçısı bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az