ABŞ-ın dövlət katibi Con Kerri ötən gün Rusiya hərbi hava qüvvələrinə məxsus 2 qırıcı təyyarənin Suriya ərazisində uçuş edən zaman Türkiyə hava sərhədlərini pozmasına münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, C.Kerri bu hadisədən narahat olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiyaya məxsus qırıcı təyyarələrin Türkiyə hava sərhəddini kobud şəkildə pozması vəziyyəti daha da gərginləşdirə bilərdi: "Mən bu hadisəyə görə çox təəssüf hissi keçirirəm. Çünki Rusiya təyyarələri Türkiyə hava məkanına icazəsiz daxil olub. Buna görə də Türkiyə öz hüquqlarından istifadə edərək, həmin təyyarələri vura bilər. Buna tam ixtiyarı çatır. Biz Rusiyanı bu cür məsələlərə görə əvvəlcədən xəbərdar etmişik”.
Türkiyə və ABŞ-ın eyni ittifaqda yer aldığını və NATO ölkəsi olduğunu diqqətə çatdıran C.Kerri Rusiyanı bu cür halları təkrarlamamağa çağırıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri rus qırıcılarının Türkiyə hava məkanını pozmasından dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açaraq, narahatlığını çatdırıb.
Bundan əlavə, türkiyəli nazir sözügedən məsələ ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa, İtaliya xarici işlər nazirləri ilə də telefon danışıqları aparıb. Yaxın günlərdə isə Türkiyənin xarici işlər naziri NATO-nun baş katibi və Almaniyanın xarici işlər naziri ilə də məsələni müzakirə edəcək.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?